Seneqalda siyasi məhbuslar üçün ümumi amnistiya siqnalı
Tarix: 27-02-2024 | Saat: 09:32
Bölmə:Özəl | çapa göndər
Prezident Sall prezident seçkilərinin təxirə salınmasından sonra yeni seçki tarixini müəyyən etmək üçün 2 günlük milli dialoq danışıqlarına başladı.Paytaxt Dakarın 30 kilometrliyindəki konqres mərkəzində keçirilən görüşlərdə Sall iyul ayında başlayacaq yağışlı dövrdən əvvəl seçkini təşkil etmək istədiyini bildirib.
Sall heç bir “şəxsi gündəmi” olmadığını vurğulayaraq, seçkini ən uyğun mühitdə keçirməyə çalışdığını vurğulayıb.
Danışıqlar nəticəsində ortaq bir tarix təyin edəcəklərinə inandığını bildirən Sall, milli barışıq çərçivəsində ümumi amnistiya elan etmək istədiyini və çərşənbə günü müvafiq qanun layihəsini parlamentə təqdim edəcəkləri barədə məlumatı paylaşıb.
Sall, qanun layihəsinin 2021-2024-cü illər arasında siyasi nümayişlərdə həbs olunanları əhatə edəcəyini vurğuladı.
Milli dialoq danışıqlarının ilk günündə 19 prezidentliyə namizəddən yalnız ikisi iştirak edib. 16 müxalifət namizədi Sallın seçkini təxirə salma qərarına reaksiya verib və danışıqlara qatılmayacaqlarını açıqlayıb.
Prezident Sall fevralın 3-də prezident seçkilərini təxirə saldığını elan etdikdən sonra Dakar başda olmaqla bir çox şəhərlərdə küçə hadisələri baş verib.
"İnstitusional və konstitusiya çevrilişi etməkdə" günahlandırılan Sall, gərginliyi azaltmaq üçün milli dialoqa başlamağa söz vermişdi.
Fevralın 15-də Konstitusiya Şurası Sallın 25 fevral seçkisinin təxirə salınması ilə bağlı verdiyi fərmanı ləğv edib və seçkinin ən qısa zamanda keçirilməsinə qərar verib.
Qərar vətəndaş cəmiyyəti və müxalifət tərəfindən müsbət qarşılanıb və prezident Sall fevralın 16-da qərara hörmətlə yanaşacağını və seçkinin ən qısa zamanda keçiriləcəyini bəyan edib.
SİMVOLİK SƏSVERME
Konstitusiya Şurasının qərarına əsasən, prezident Sallın səlahiyyət müddəti başa çatan aprelin 2-dək seçkilər keçirilməlidir.
Seneqal prezidenti Sall fevralın 22-də milli mətbuata verdiyi müsahibədə vəzifəsini aprelin 2-də tərk edəcəyini, lakin prezident seçkilərinin tarixinə fevralın 26 və 27-də keçiriləcək milli dialoq görüşlərindən sonra qərar veriləcəyini açıqlamışdı.
Müxalifətdən prezidentliyə namizədlər simvolik qutular quraraq, prezident seçkilərinin normal olaraq keçiriləcəyi fevralın 25-də səs veriblər.
Namizədlər prezident Sallı səlahiyyət müddəti bitməmiş seçkiləri keçirməyə çağırmışdılar.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025