Mobil versiya
Xarici işlər naziri Fidan meksikalı həmkarı ilə görüşüb: Miqrasiya, insan alveri və terrorla mübarizə müzakirə edilib
Tarix: 27-02-2024 | Saat: 07:41
Bölmə:Özəl | çapa göndər

Xarici işlər naziri Fidan meksikalı həmkarı ilə görüşüb: Miqrasiya, insan alveri və terrorla mübarizə müzakirə edilib

Xarici işlər naziri Hakan Fidan Meksikanın xarici işlər naziri Alicia Barcena İbarra ilə görüşüb.Xarici İşlər Nazirliyinin rəsmi X hesabında edilən paylaşımda Fidanın Meksikaya rəsmi səfəri çərçivəsində həmkarı İbarra ilə görüşdüyü bildirilib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi, iqtisadi, müdafiə və mədəni məsələlər ətrafında fikir mübadiləsi aparılıb, miqrasiya, insan alveri və terrorizmlə mübarizə mövzuları müzakirə olunub.

İki ölkə arasında Müştərək İqtisadi Komissiyanın ikinci iclasına hazırlıq işlərinin qiymətləndirildiyi görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Meksikada texniki yardımla bağlı gördüyü işlər də müzakirə edilib.

Görüşdə Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Mərkəzi Amerikadakı inkişaflar, həmçinin mədəniyyət, elm və gənclik kimi sahələrdə əməkdaşlığın artırılması üçün atılacaq addımlar ətrafında qiymətləndirmələr aparılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024