Mobil versiya
Barselonada minlərlə insan İsrailə silah tədarükünün dayandırılmasını tələb etmək üçün yürüş keçirib
Tarix: 26-02-2024 | Saat: 20:54
Bölmə:Özəl | çapa göndər

Barselonada minlərlə insan İsrailə silah tədarükünün dayandırılmasını tələb etmək üçün yürüş keçirib

Fələstin tərəfdarı olan minlərlə nümayişçi bazar günü Barselona küçələrinə çıxaraq Qəzza zolağında dərhal atəşkəs tələbi və İspaniya hökumətini İsraillə əlaqələri kəsməyə çağırıb.

Kadrlarda nümayişçilərin böyük pankart arxasında Passeig de Gracia küçəsindən Kataloniya Meydanına doğru yürüşləri və Fələstin bayraqlarını dalğalandırdıqları görünür.

“Biz [hökumətdən] İsrailə silah alqı-satqısını dayandırmasını və İsraillə diplomatik, mədəni [və] idman [əlaqələrinə] son ​​qoymasını və həmçinin İspaniyanın Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın tərəfini saxlamasını xahiş edirik. Bu, İsraili soyqırımda ittiham edir”, - nümayişçi bildirib.

“Biz heç olmasa [İsrail ilə] iqtisadi və institusional əlaqələri dayandırmalıyıq və nəhayət, silah alqı-satqısında tam dayanmağı [nəzərə almalıyıq]. Minlərlə uşağı qətlə yetirən [rejim] ilə hər cür silah və ya texnologiya alverinin həyata keçirilə bilməsi əxlaqsızlıqdır,” başqa bir etirazçı əlavə etdi.

Oxşar etirazlar yüzlərlə etirazçının Qəzzada fələstinlilərlə həmrəylik ifadə etmək üçün yürüş etdiyi paytaxt Madrid də daxil olmaqla, ölkə boyu keçirilib.

İsrailin Qəzza zolağına qarşı hərbi təcavüzü indiyədək əksəriyyəti qadın və uşaq olmaqla 29.700-ə yaxın dinc sakini qətlə yetirib, 69.800-dən çox insan isə yaralanıb.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə