Mobil versiya
"Bayer 04" - "Qarabağ" oyununun biletləri bu tarixdə satışa çıxarılacaq
Tarix: 26-02-2024 | Saat: 10:24
Bölmə:İdman | çapa göndər

"Bayer 04" - "Qarabağ" oyununun biletləri bu tarixdə satışa çıxarılacaq

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

aia.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq.

İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.

Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer 04" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024