Mobil versiya
Bakıda keçirilən WK-1 üzrə açıq turnir uğurla başa çatdı -Fotolar
Tarix: 25-02-2024 | Saat: 22:56
Bölmə:Özəl / İdman | çapa göndər

Bakıda keçirilən WK-1 üzrə açıq turnir uğurla başa çatdı

“Qartal” Peşəkar İdman Klubunun 25 fevral 2024-cü il tarixində təşkil etdiyi WK-1 döyüş idman növü üzrə Açıq turnir uğurla başa çatdı. Yarışın təşkilatçısı “Qartal” Peşəkar İdman Klubunun prezidenti, beynəlxalq səviyyəli peşəkar yarışların təşkilatçısı, Beynəlxalq dərəcəli menecer Yaqub İbrahimovdur.

aia.az xəbər verir ki, “Qartal” PİK, “Qaraçöp” İK, “Alis” İK, “Nokaut” İK, “Modern” İK, “Yarasa” İK, “Golden Eagle” İK, “CFC” İK, “Hüseyn” PİK və daha bir neçə klubun təmsil olunduqları turnirdə həvəskarlar və peşəkarlar arasında ümumilikdə 150 idmançı iştirak edib.

Kadetlər arasında əsasən “Qaraçöp” İdman Klubunun idmançıları fərqləniblər. Kəmər döyüşlərində kiçik çəkidə “Modern” İdman Klubunun yetirməsi Ayxan Qurbanov (məşqçi Emin Əlirzayev), 23 kq çəki dərəcəsində Cəfər Quliyev, 25 kq çəkidə Turan Səmədli, 27 kq-da Pərviz Məlikov, 32 kq-da Sadiq Əsgərli, 33 kq-da Yusif Quliyev, 39 kq-da Məhəmmədəli Məmmədli turnirin qalibləri olublar. Yeniyetmələr arasında “Alis” İK-nun yetirmələri Tural Orucəliyev və Bayram Qəhrəmanlı bütün tərqiblərini üstələyiblər. Peşəkarlar arasında gənclər yaş kateqoriyasında “Nokaut” İdman Klubunun təmsilçiləri Mühəmmədəli Adıgözəlov, Adil Gözəlzadə, Hüseyn Həsənov və Uğur Kazımov (məşqçilər Elşən İsayev və Rövşən Adıgözəlov) qalib olublar.

Həmçinin yarışda 51 kq çəkidə “Qaraçöp” İK-nun yetirməsi Ayxan Məmmədov, (məşqçi Asim İsmayılov), 54 kq çəkidə “İnam” İK-nun təmsilçisi Nihad Yusifli (məşqçisi Nazim Yusifov, Ceyhun Ələsgərov (məşqçi Elmin Nuriyev), qadınlar arasında 48 kq çəki dərəcəsində “Yarasa” İdman Klubunun yetirməsi Almazxanım Əliyeva (məşqçi Namiq Hacıyev) qalib olublar.

Peşəkarlar arasında 60 kq cəki dərəcəsində “CFC” İK-nun təmsilçisi Sahil Əsgərov (məşqçi Aqil Mustafayev), 65 kq-da “Golden Eagle” Peşəkar İdman Klubunun yetirməsi Mədət İbrahimov (məşqçi İslam Novruzov) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Yarışın Baş hakimi beynəlxalq dərəcəli hakim Aqil Mustafayev, rinq hakimi respublika dərəcəli hakim Həbib Ovçuyev olublar.

Yarışın təşkilatçıları turnirin keçirilməsinə verdikləri dəstəyə görə “Nice Qrup”, “Berg” ve “Qartal Media” şirkətlərinə təşəkkürlərini bildirirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024