Mobil versiya
“Səmərəsiz, qeyri-qanuni”: Rusiya Aİ-nin 13-cü sanksiyalar paketini pisləyib
Tarix: 23-02-2024 | Saat: 20:59
Bölmə:Özəl | çapa göndər

“Səmərəsiz, qeyri-qanuni”: Rusiya Aİ-nin 13-cü sanksiyalar paketini pisləyib


Moskva Avropa İttifaqının cümə günü ölkəyə qarşı qəbul etdiyi yeni sanksiyalar paketini “qanunsuz” və “səmərəsiz” adlandırıb.

Avropa Şurası cümə günü mətbuata açıqlamasında bildirib ki, Böyük Britaniyadan başqa Aİ-yə üzv olan 27 ölkə Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə razılaşıb.

106 fiziki və 88 qurumu hədəf alan yeni sanksiyalar Moskvanın Ukraynanın şərqindəki xüsusi hərbi əməliyyatının bu şənbə günü üçüncü ilinə daxil olması ilə qüvvəyə minir.

Aktivlərin dondurulması və səyahət qadağasından ibarət son tədbirlər, ilk növbədə, əlaqəli şəxslərlə yanaşı, hərbi və müdafiə sektorlarını, eləcə də məhkəmə üzvlərini hədəf alır.

Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin “səmərəsiz” sanksiyalarını pisləyib və qeyd edib ki, bu tədbirlər “birtərəfli məhdudlaşdırıcı tədbirlər” vasitəsilə Rusiyaya təzyiq göstərmək məqsədi daşıyır.

Nazirlik cümə günü verdiyi bəyanatda bu addımı "qanunsuz" adlandıraraq, sanksiyaların BMT Təhlükəsizlik Şurasının beynəlxalq preroqativlərini pozduğunu qeyd edib.

Bildirilib ki, Moskva buna cavab olaraq Rusiyaya girişi qadağan olunmuş Avropa qurumlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirmək qərarına gəlib.

Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, bu ölkələrin istənilən qeyri-dost hərəkətinə Moskvadan vaxtında və adekvat cavab veriləcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024