Mobil versiya
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi məlum oldu - YENİLƏNİB
Tarix: 23-02-2024 | Saat: 16:13
Bölmə:Manşet / İdman | çapa göndər

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi məlum oldu -

Təmsilçimiz "Qarabağ"ın Avropa Liqasındakı rəqibi məlum olub.

aia.az xəbər verir ki, "Qarabağ" 1/8 final mərhələsində "Bayer Leverkuzen" klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "Qarabağ" Almaniya təmsilçisi "Bayer Leverkuzen"lə bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində də qarşılaşıb. Hər iki matçda "Bayer" təmsilçimizə qalib gəlmişdi.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.

Digər 1/8 final cütləri:

"Sparta" Praqa (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" Praqa (Çexiya)

***

15:00

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilir.

aia.az mərasimdən canlı yayımı təqdim edir.

***

09:20

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

aia.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

"Qarabağ"ın potensial rəqibləri:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Sparta" (Çexiya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024