Bir millət, iki dövlət
Tarix: 23-02-2024 | Saat: 11:36
Bölmə:Özəl | çapa göndər
Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir.07 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərindən sonra Ali Baş Komandan İlham Əliyevin cari ilin 19 fevral tarixində ilk rəsmi səfəri qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə olmuşdur.Ankaraya rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamalarında Türkiyə-Azərbaycan birliyinin təkcə iki qardaş ölkə üçün deyil,həm də bütün Avrasiya üçün əhəmiyyətindən bəhs etmiş və bunun nə qədər önəmli bir amil olduğunu vurğulamışdır.Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərində qalib gələndən sonra ilk dəfə Azərbaycana səfər etmişdir. Türkiyə Azərbaycan əlaqələri həmişə qardaşlıq əlaqələri olub. Lakin Türkiyənin İkinci Qarabağ savaşında Azərbaycana göstərdiyi dəstəkdən sonra bu dostluq-qardaşlıq münasibətləri daha da dərinləşdi.
Preziden İlham Əliyev səfər zamanı Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan və bir sıra hökumət nümayəndələri ilə işgüzar görüşlər keçirmişdir. Ümumiyyətlə, Türkiyə – Azərbaycan birliyi təkcə Azərbaycan üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilmişdir. Prezident İlham Əliyevin bu səfəri Azərbaycan və Türkiyə xalqlarının əcdadlarımızın dostluq, qardaşlıq əlaqələrinə daim sadiq qaldığını, tarixi köklərimizlə bağlı bütün ənənələrə sadiq olduğunu bir daha nümayiş etdirdi. Türkiyə Azərbaycanın hər bir işində yanında olan dövlətdir. 44 günlük vətən müharibəsində də Azərbaycan xalqı savaşın ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyə prezidenti demək olar ki, bir çox ermənipərəst dövlətləri Azərbaycanın haqq işinə müdaxilə etməkdən çəkindirdi.Türkiyə prezidentinin “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır”- deməsi bizim üçün siyasi və mənəvi dəstək idi. Bu kəlmələr xalq arasında, əsgərlər arasında ruh yüksəkliyi yaratdı və 30 il ərzində həll edilə bilinməyən məsələni Azərbaycan öz gücünə cəmi 44 günə həll etdi. Savaş meydanında işğalçı düşmənə qalib gələrək öz tarixi torpaqlarına sahib oldu.Odur ki, Azərbaycan prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk dəfə Azərbaycana qardaş və siyasi müttəfiq olan Türkiyəyə səfər etdi.İkinci Qarabağ savaşında Türkiyə bizdən həm mənəvi,həm də texniki dəstəyini heç vaxt əsirgəməmişdir.Savaşın ilk saat saatlarında Türkiyənin dünya ölkələrinə verdiyi qətiyyətli açıqlamalar bir çoxlarına ciddi mesaj idi və bu mesajlardan belə nəticə çıxarmaq olardı ki, Azərbaycan siyasi arenada tək deyil,Türkiyə bizim yanımızdadır.Müharibədən sonra işğaldan azad olmuş ərazilərimizdə bir sıra antiterror əməliyyatlarının uğurla keçirilməsi Türkiyə ordu modelinin Azərbaycanda özünütəsdiqidir.Ölkə başçısı qeyd etdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.Cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır.Azərbaycan və Türkiyə arasinda əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. Türkiyənin ordu modeli Azərbaycanda artıq tam formalaşıb. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir. İki dövlət ordu quruculuğunda mühüm layıhələr həyata keçirməyi planlaşdırır. Azərbaycan və Türkiyə dövlətləri bütün sahələrdə olduğu kimi təhsil, elm və mədəniyyət sahəsində də əməkdaşlığı davam etdirir.Azərbaycan və Türkiyə hökumətləri arasında təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki, bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında Azərbaycan ilə bağlı öz əksini tapmış mühüm açıqlamalar da böyük rol oynayır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik”, “Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik”, “Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük”, “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik”, “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı” fikirləri bir daha onu göstərir ki, qardaş ölkə hər zaman bizim yanımızdadır. Azərbaycan-Türkiyə qardaşlığı daimidir, əbədidir, dönməzdir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025