Mobil versiya
Dani Alves 4,5 il müddətinə həbs edildi
Tarix: 22-02-2024 | Saat: 15:30
Bölmə:İdman | çapa göndər

Dani Alves 4,5 il müddətinə həbs edildi

Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves yenidən məhkəmə qarşısına çıxıb.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı veteran müdafiəçi 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzadan əlavə, tanınmış futbolçu zərərçəkənə 150 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Dani Alves 2022-ci ilin sonlarında Barselona şəhərində yerləşən gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024