Mobil versiya
İordan çayının qərb sahilində İsrail hərbçiləri fələstinli yeniyetməni ürəyindən vurub
Tarix: 22-02-2024 | Saat: 13:45
Bölmə:Özəl | çapa göndər

İordan çayının qərb sahilində İsrail hərbçiləri fələstinli yeniyetməni ürəyindən vurub

İsrail rejimi qüvvələri İordan çayının qərb sahilinin qərb hissəsində fələstinli yeniyetməni güllələyib.

Fələstinin Wafa xəbər agentliyinin verdiyi məlumata görə, qətl çərşənbə günü Qalqilya şəhərinin şərqindəki Azzun qəsəbəsində baş verib.

Fələstin Səhiyyə Nazirliyinə istinadən xəbərdə, qurbanın 14 yaşlı Fadi Səid Süleyman olduğu bildirilir.

"Süleyman ürəyinə dəyən birbaşa güllə yarası nəticəsində dünyasını dəyişib", - məlumatda deyilir.

Yaralanan yeniyetmə təcili olaraq xəstəxanaya çatdırılıb və o, gəldikdən az sonra ölüb.

Rejim 2023-cü ilin oktyabr ayının əvvəlindən, mühasirədə olan Qəzza zolağında soyqırım müharibəsinə başladıqdan sonra İordan çayının qərb sahilində fələstinlilərə qarşı təcavüz aktlarını artırıb.

Çərşənbə günü də İsrail əsgərləri səhər tezdən İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində bir fələstinli gənci öldürüb, yeddi nəfəri yaralayıb.

Bundan əvvəl İsrail qüvvələri bazar günü bir gün ərzində İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində də ən azı üç fələstinlini güllələyib.

Ölənlər də daxil olmaqla, oktyabrın 7-dən indiyədək işğal olunmuş ərazilərdə 402 fələstinli qüvvələr tərəfindən şəhid olub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024