Mobil versiya
Havada çaxnaşma! ABŞ-da sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən təcili eniş edib
Tarix: 22-02-2024 | Saat: 08:39
Bölmə:Özəl | çapa göndər

Havada çaxnaşma! ABŞ-da sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən təcili eniş edib

ABŞ-ın Nyu-Cersi ştatından Kaliforniyaya uçan sərnişin təyyarəsi tualetdə tapılan təhdid qeydinə görə Çikaqoda məcburi eniş edib.ABŞ mətbuatında yer alan xəbərə görə, Newark Liberty Beynəlxalq Hava Limanından Los-Ancelesə qalxan United Airline şirkətinə məxsus təyyarədə bomba qorxusu yaşanıb.Polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. Bunun üzərinə 202 sərnişini daşıyan təyyarə Çikaqonun O'Hare hava limanına təcili eniş üçün istiqamətləndirilib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də, heç nə tapa bilməyiblər.

Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada, "Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükənin əlaməti yoxdur" dedi. məlumat verilmişdir.

Bomba təhlükəsinin əsassız olduğu üzə çıxdıqdan sonra təyyarə Çikaqodan yenidən Los Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024