Mobil versiya
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ ORDUMUZ XOCALI ŞƏHİDLƏRİNİN QİSASINI ALDI
Tarix: 21-02-2024 | Saat: 16:33
Bölmə:Özəl | çapa göndər

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ ORDUMUZ XOCALI ŞƏHİDLƏRİNİN QİSASINI ALDI

toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir»” sözləri ilə bildirən Ulu Öndər Heydər Əliyev bu qətliama ilk siyasi qiymət verməklə kifayətlənmədi, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi naminə önəmli addımlar atdı.

Daşnakların Azərbaycana qarşı illərdən bəri həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətinin qanlı səhifələri kimi tarixə yazılan, 1992-ci il fevralın 25-dən 26-na keçən sovet imperiyasının 366-sı motoatıcı alayı ilə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri soyqırımdan illər ötsə də xalqımızın ağrı-acısı səngimir. SSRİ-nin ilk və son prezidenti ermənipərəst Mixail Qorbaçovun xeyir-duasını alan daşnaklar ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı əsrin sonlarında təkrarladılar. Həmin gecə 7000 əhalisi olan, bəşəriyyət əleyhinə törədilmiş ən qalı qətliama şahidlik edən Xocalı tamamilə yandırıldı. Sadəcə azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülən, əsir götürülərək işgəncələrə məruz qalan insanlar erməni vəhşiliyinin qurbanlarına çevrildilər. Bir gecədə 613 Xocalı sakini qətlə yetirildi. Soyqım zamanı 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi. 1275 insan əsir və girov götürülərək amansız işgəncələrə məruz qaldı, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
törədilən vəhşilikləri təsəvvürə gətirməyə kifayət edirdi. Bu, tükürpərdici mənzərə idi. Mən müharibələr, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular… Növbəti kəndi zəbt edərkən bir erməninin sağ-salamat uşağı götürüb iki yerə böldüyünü gözlərimlə gördüm. Sonra həmin bədənin bir hissəsi ilə ananın sifətinə, başına o qədər döydü ki, övladının al-qanına bulaşmış qadın havalanıb gülməyə başladı.»

Əlavə izaha ehtiyac duyulmayan daşnak qəddarlığı haqqında təsəvvür yaradan belə nümunələr çoxdur.

Xocalıya qədər Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində bir ailəni yandıran, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərini işğal edən ermənilər eyni vəhşiliklərini bu ərazilərdə də göstəriblər. Qaradağlı, Ağdaban kəndlərində də eyni qəddarlığı törədən daşnakların vəhşiliklərinin izləri İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardır.

Xocalı qırğınını XX əsrin ən dəhşətli cinayətləri adlandıran, «Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir» söyləyən Prezident İlham Əliyevin soyqırım qurbanlarını anma mərasimlərində iştirakı Azərbaycan xalqının birlik və həmrəyliyinin, erməni faşizminə nifrətin ifadəsidir. Xocalı soyqırımının dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən «Xocalıya ədalət!» beynəlxalq kampaniyasında iştirak edən ölkələrin sayının artması faciə qurbanlarının xatirəsinəi hörmətdir.
dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir» söyləyən cənab İlham Əliyev Ali Baş Komandan kimi bu sözlərini Zəfərimizlə reallaşdırdı. Vətən müharibəsindəki Qələbəmizlə, artıq tarixin zibilliyinə atılmış «Dağlıq Qarabağ respublikası»ndakı separatizmin, erməni faşizminin məhvi, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını dalğalanması ilə bütün şəhidlərimizin qisası alındı.
Xocalı şəhərinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənməsi soyqırımı qurbanlarının xatirəsinə əbədi hörmət rəmzi idi. İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinə şəxsən nəzarət edən Prezident İlham Əliyevin ötən ilin oktyabrında Xocalı şəhərində Dövlət Bayrağımızı dalğalandırması, rayonun Çapanaqçı və Sığnaq kəndlərində olması ermənilərə və onların havadarlarına göz dağı, lider qətiyyətinin ifadəsi idi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025