Qazaxda “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib -Fotolar
Tarix: 18-08-2025 | Saat: 17:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avqustun 18-də 2025-ci il ”Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib.
aia.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfərini özündə əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilib.
Konfransda YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, BDU Qazax filialının direktor müavini Məmməd Yusifov, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Sosial-iqtisadi Kollecində Azərbaycan dili və ədəbiyyatı müəllimi Türkan Allahverdiyeva, partiya veteranı, şair Cavanşir Rüstəm çıxış ediblər. Natiqlər 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda yüksək səviyyəli tarixi görüşdən, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan Birgə Bəyannamədən, eyni zamanda ölkəmizlə Ermənistan münasibətlərinin sülh şəraitində qurulması imkanlarından, ABŞ-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğundan ətraflı danışıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-08-2025
10:12 “Brent” nefti bahalaşdı