Mobil versiya
Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlandı
Tarix: 19-08-2025 | Saat: 10:16
Bölmə:Ölkə | çapa göndər

Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlandı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

aia.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb. Üzərindən kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib.

Əməliyyatın davamında onun külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub.

Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2025