Azər Kərimli: Xalqımız, Laçına elə bağlanmalıdır ki, düşmən bir daha Laçına və digər ərazilərimizə qarşı iddia irəli sürməyə cəhd göstərməsin
Tarix: 19-08-2025 | Saat: 10:35
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“2023-cü ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində Laçın şəhəri günü təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun 2022-ci ilin avqustun 26-da Laçın şəhərində yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.”
Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
Deputata daha sonra qeyd edib ki, Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

Deputat Azər Kərimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirakı xüsusi ilə diqqət çəkən idi. Ötən müddət ərzində 3500-ə yaxın laçınlı ailə öz ata-baba torpaqlarında müasir standartlara uyğun tikilmiş evlərdə yeləşdirilib. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. 1150 nəfərdən artıq sakin daimi işlə təmin edilib.
Deputat bildirdi ki, artıq üç ildir Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. “Əlamətdardır haldır ki, 5 il bundan əvvələ kimi, düşmən işğalı altında olan torpaqlarda cari ilin 28 May - Müstəqillik Günündə üç qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın birliyi, həmrəyliyi istiqamətində yeni tarix yazıldı. Həmin tarixdə Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmçinin, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.”
2021-ci ilin 16 avqust tarixində təməlqoyma mərasimi keçirilən Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verildi. Deputat Azər Kərimli bildirdi ki, yol infrastrukturunun yenidən qurulması, Beynəlxalq Hava Limanının açılışı bölgənin beynəlxalq statusunu artıracaqdır: “Biz Laçını o səviyyəyə çatdırmalıyıq ki, düşmən bir daha bu tərəfə baxmağa belə cürət etməsin. Bizim xalqımız, Laçına elə bağlanmalıdır ki, düşmən bir daha ağlının ucundan Laçına və digər ərazilərimizə qarşı iddia irəli sürməyə cəhd göstərə bilməsin. Bunun üçün əlimizdən gələni etməliyik.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-08-2025
18-08-2025