"Səhhətində narahatlıq var" - Vəkili Rəqsanə ilə görüşdü
Tarix: 19-08-2025 | Saat: 10:19
Bölmə:Karusel / Şou-biznes / Aia TV | çapa göndər

"Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır".
aia.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.
"Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Vəziyyəti qənaətbəxşdir. İstintaq sirri olduğu üçün bəzi söhbətləri açıqlaya bilmirəm. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm ki, versinlər mənə ki, onları məhkəməyə təqdim edim. Saxlanılan şəxslərin orda həftədə iki dəfə telefonla danışmaq imkanı yaradılır. Amma Rəqsanə İsmayılova yeni tutulduğuna görə Fazil bəy və ya övladları ilə danışdığını düşünmürəm. Hələlik, Fazil bəylə də danışmamışam".
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-08-2025
18-08-2025