Xocalının qisası qiyamətə qalmadı
Tarix: 21-02-2024 | Saat: 11:31
Bölmə:Siyasət / Özəl | çapa göndər
XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir;
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Həmin müdhiş gecədə Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Ovaxtkı Ermənistan prezidenti, müharibə cinayətkarı Serj Sarkisyan 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaalın "Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?" sualına isə cavab olaraq müharibə cinayətkarı vicdan əzabı çəkmədən kinlə demişdi: "Heç bir peşmanlığım yoxdur"-deyə cavab verərək özünün faşist xislətini bir daha nümayiş etdirmişdir.
İngiltərənin "Fant men nyus" teleşirkətinin əməkdaşı (hadisə yerində olmuşdur) R.Patrik isə xocalılılara qarşı törədilən qətliamdan dəhşətə gələrək demişdir: "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".
Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib. Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb, sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub.
"Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli qırğınlarından biri, erməni millətçiliyinin tarixdən silinməyən qara ləkəsidir. Qapqara gecənin içində havadarlarına güvənib yarıyuxulu şəhəri oda qalayan, qırdıqlarını qıran, qırmadıqlarını əsir götürən, insan ağlına sığmayan vəhşiliklər törədən erməni faşistləri tarix boyu bu murdar əməllərinə görə başıaşağı olacaqlar. Azərbaycanın isə başı ucadır, çünki Xocalının qisasını qiyamətə saxlamadı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurdu, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldı.
Artıq üç ildir ki, biz əllərimizdə al qırmızı qərənfillər Xocalı soyqırımının daşlaşmış əksi olan"Ana harayı" abidəsini, Şəhidlər xiyabanını, bölgələrimizdəki şəhid məzarlıqlarını alnıaçıq, üzüağ, şəhidlərimizin qisasının yerdə qalmamasından duyduğumuz qürur hissi ilə ziyarət edirik.
Bəxtiyar Mustafayev,
YAP mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024