Azərbaycan-Türkiyə birliyi bütün Türk dünyasının rifahına xidmət edir
Tarix: 21-02-2024 | Saat: 10:23
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycan-Türkiyə münasibətləri xalqalarımız arasında qədim tariki köklərə malik olan dostluq və qardaşlıq münasibətləri əsasında formalaşıb. İki qardaş ölkə arasında mövcud olan birliyin sarsılmazlığı da ilk növbədə məhz bu amillə təmin edilir. Azərbaycan və Türkiyə xalqları bu gün də əcdadlarının bütün ənənələrinə sadiqdirlər.
Qeyd olunmalıdır ki, müasir dövrümüzdə Türkiyə-Azərbaycan əlaqələrinin yeni, daha yüksək mərhələdə inkişafı iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri zəminində daha böyük sürətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin 7 fevral seçkilərindən sonra ilk rəsmi dövlət səfərini də fevralın 18-də məhz Türkiyəyə etməsi ölkələrimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin bariz təzahürüdür.
İki ölkənin dövlət başçılarının görüşündən sonra cənab Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamasında xüsusi olaraq qeyd etdi ki, 20 ildən çox müddət ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti və xalqı böyük və şərəfli inkişaf yolu keçmişdir. Qürurverici haldır ki, Türkiyə bu gün dünya miqyasında yüksək nüfuza malik, söz sahibi olan ölkədir. Artıq qlobal miqyasda gedən bir çox proseslər məhz Türkiyənin mövqeyindən asılı olduğu kimi, bizim bölgəmizdə də sülhün, sabitliyin və işbirliyinin qarantı da Türkiyədir. Əlbəttə ki, həm kədərimizi, həm də sevincimizi bölüşən iki xalq, iki qardaş ölkə olaraq Azərbaycan Türkiyənin uğurlarına hər zaman öz uğurları kimi sevinir və bundan qürur duyur. Cənab Prezident İlham Əliyevin fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, 2020-ci ildə Azərbaycan Vətən müharibəsini apardığı 44 gün ərzində Türkiyə daim bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Əlbəttə ki, Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.
Qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixi əhəmiyyət kəsb edən sənədin icrası ilk növbədə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə və inteqrasiyaya yol açır.
Azərbaycan və Türkiyə prezidentlərinin fevralın 19-da keçirdikləri geniş tərkibli görüş zamanı ikitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulandı. Bütün bunlar əlbəttə ki, sadəcə Türkiyə və Azərbaycan xalqlarının deyil, bütün Türk dünyasının rifahına xidmət edən amillərdir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024