Mobil versiya
Lənkərana səfər edən nazir Fərid Qayıbov “Lənkəran” İdman Klubunun fəaliyyətindən razı qalıb
Tarix: 05-02-2024 | Saat: 15:16
Bölmə:İdman / Özəl | çapa göndər

Lənkərana səfər edən  nazir Fərid Qayıbov  “Lənkəran” İdman Klubunun fəaliyyətindən razı qalıb

Cənub mirvarisi Lənkəranın “Gənclər Paytaxtı” seçilməsi münasibətilə keçirilən tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov həm də “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə yaxından tanış olub.

Nazir idman zalına baxış zamanı burada yaradılan yüksək şəraitdən razı qalıb, eləcə qarşıda duran işlər barədə klubun təsisçisi olan Vətən müharibəsi veteranı Vəliəhəd Vəliyev və məşqçi Şakir Vəliyevlə fikir mübadiləsi aparıb. Nazir klubda olanda eyni zamanda idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib, öz dəyərli tövsiyələrini verib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024