Mobil versiya
"Sumqayıt"ın oyununda tamaşaçı rekordu qeydə alındı
Tarix: 05-02-2024 | Saat: 12:01
Bölmə:İdman | çapa göndər

"Sumqayıt"ın oyununda tamaşaçı rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

aia.az xəbər verir ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.

10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023-2024-cü illər mövsümünün yeni rekordudur.

Bunadək rekord X turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024