Mobil versiya
Ronaldonun rekordu yeniləndi
Tarix: 02-02-2024 | Saat: 10:44
Bölmə:İdman | çapa göndər

Ronaldonun rekordu yeniləndi

Kriştianu Ronaldunun İngiltərənin “Manchester United” klubundakı rekordu yenilənib.

aia.az xəbər verir ki, bu, Premyer Liqanın XXII turunda “Wolverhampton”la oyunda baş verib.

Danimarkalı hücumçu Rasmus Heylunn komandasının 4:3 hesablı qələbəsinə 1 qol, 1 məhsuldar ötürmə ilə töhfə verib. 20 yaşlı forvard klub tarixinin ardıcıl iki matçda qol və assist edən ən gənc oyunçusu ünvanını ələ keçirib. Ona qədər rekord bunu 21 yaşında reallaşdıran Kriştianu Ronalduya məxsus olub.

Qeyd edək ki, “Qırmızı şeytanlar” hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024