Gülər Sultanzadə: “Azərbaycan gəncliyi ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır”
Tarix: 01-02-2024 | Saat: 18:24
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Dörd il bundan öncə Azərbaycan xalqı və dövləti öz şanlı tarixinin ən şərəfli dövrünə qədəm qoydu. Xalqımız Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və parlaq Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq torpaqlarımızın 30 illik işğalına son qoydu. Keçən il isə, həmin tarixi Qələbənin davamı olaraq əvvəlcə ölkənin ərazi bütövlüyü bərpa olundu və daha sonra Azərbaycan bütün ərazisində tam suverenliyini təmin etdi. Əlbəttə ki, bütün bu tarixi Zəfərlərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti aparıcı rol oynayır. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı gənc nəslin milli-vətənpərvər ruhda formalaşması, gənclər arasında sağlam həyat tərzinin təbliği və ümumiyyətlə gəncliyin inkişafı ilə bağlı bütün məsələlərə diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsini təmin etdi.”
Bu fikirləri 2 fefral Gənclər günü ilə bağlı aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Daha sonra müsahibimiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasətindən bəhs edərək bildirib ki, Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən biri olub: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ümummilli Liderimiz hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaları üçün əməli tədbirlər görüb, böyük səylər göstərib. Əlbəttə ki, bu siyasət Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam etdirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan sonra təşkil olunan Forumlarda mütəmadi olaraq çıxış edən Ulu Öndərimizin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Əlbəttə ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasəti sayəsində Azərbaycan gəncliyi hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır.”
Fikirlərini davam etdirən partiya fəalı qeyd edib ki, bu gün cəmiyyətimizdə gənclərin bütün sahələrdə mövqelərinin getdikcə möhkəmlənməsi Prezident İlham Əliyevin gələcəyə dəqiq hesablanmış effektif strategiyasının təzahürüdür: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələb və çağırışlarına uyğun inkişaf etdirilərək həyata keçirilən gənclər siyasəti ictimai həyatın bütün sahələrini əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyinin aydın müşahidə olunan aktiv fəaliyyəti də məhz bu siyasətin effektivliyi ilə təmin olunur. Möhtərəm dövlət başçımızın gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri dövlətimizin gələcəyə dəqiq hesablanmış siyasətinin bariz təzahürüdür. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan gəncliyi onlara göstərilən dövlət qayğısını yüksək dəyərləndirir və ölkəmizin daha parlaq gələcəyinin də birbaşa Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etməsi ilə bağlı olduğunu hər kəsdən daha yaxşı bilir. Bütün bunlar əlbəttə ki, fevral ayının 7-də keçiriləcək seçkilərdə də öz bariz təzahürlərini tapacaq. Azərbaycan gəncliyi hər zaman olduğu kimi öz Qalib Liderinin yanında olacaq və öz səsini İlham Əliyev cənablarına verəcək” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025