Mobil versiya
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirildi
Tarix: 30-01-2024 | Saat: 13:43
Bölmə:Gündəm | çapa göndər

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirildi

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

aia.az xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.

Məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar ifadələrində Pentensiar Xidmətdə kiçik rəis və zabit vəzifələrinə düzəlmək üçün Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə pul verdiklərini bildiriblər. Qoşqar Əliyev öz növbəsində pulları vətəndaşlardan aldığını və bunu Tofiq Həsənova verdiyini deyib.

Növbəti məhkəmə prosesi fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025