Mobil versiya
Azərbaycanlı MMA döyüşçüsü Serbiyada keçirilən beynəlxalq təlim-məşq toplantısında iştirak edib
Tarix: 29-01-2024 | Saat: 16:35
Bölmə:Özəl / İdman | çapa göndər

Azərbaycanlı MMA döyüşçüsü Serbiyada keçirilən beynəlxalq təlim-məşq toplantısında iştirak edib

aia.az xəbər verir ki,22-27 yanvar 2024-cü il tarixlərində Serbiyanın Kula şəhərində Kickboxing MMA və Jiu-Jitsu üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilib. Bu toplantıya tədbir təşkilatçılarının dəstəyi ilə azərbaycanlı Kickboxing MMA döyüşçüsü Rüstəm Müslümov da öz məşqçisi ilə birlikdə qatılıb.

Həmyerlimiz təlim-məşq toplantısının gedişində keçirilən döyüşlərdə yüksək nəticə göstərərək ölkəmizi layiqincə təmsil edib. Əldə etdiyi nəticələrə gösə Rüstəm Müslümova tədbirin təşkilatçılarından olan “CONSTRICTOR Team” tərəfindən müvafiq sertifikat təqdim olunub.

Onu da qeyd edək ki, Rüstəm Müslümov dəfələrlə beynəlxalq idman tədbirlərində və yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edərək çox sayda uğurlara imza atıb. İnanırıq ki, idmançımız bundan sonra da Azərbaycanın Kickboxing MMA azərkeşlərini yeni, daha yüksək nəticələrlə sevindirəcək. Bu yolda döyüşçümüzə və əlbəttə ki, onun məşqçisinə müvəffəqiyyətlər arzu edirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024