Mobil versiya
"Qızılcaya yoluxanların hamısı peyvənd olunmayanlardır" - Komitə sədri
Tarix: 18-01-2024 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Qızılcaya yoluxanların hamısı peyvənd olunmayanlardır" -

"Nəinki indi, eləcə də COVID-19 dövründə də vaksinasiyaya qarşı müəyyən inamsızlıq var idi. İddia edirdilər ki, peyvəndlər insan sağlamlığı üçün təhlükəlidir, yaxud gen səviyyəsində müəyyən dəyişikliklər edilməsi üçündür".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri təəssüf hissi ilə bildirib ki, hətta həkimlər arasında belə fikirdə olanlar da olub: “Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsində əsas məqsədlərindən biri insanları inandırmaqdır, onlar bilməlidir ki, yoluxucu xəstəliklərlə mübarizə aparmaq istəyiriksə, mütləq peyvənd olunmalıyıq. Bütün dünya peyvəndlərdən istifadə edir. Heç kimdə belə fikir yoxdur ki, peyvənd fəsadlar törədir. Bizdə isə yanlış fikirlər formalaşır. Bu gün qızılcaya yoluxanların 100 %-i peyvənd olunmayan insanlardır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025