Mobil versiya
Gülər Sultanzadə: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun alternativsiz lider ölkəsinə və Avrasiyanın aparıcı aktorlarından birinə çevrilib”
Tarix: 17-12-2023 | Saat: 14:35
Bölmə:Gündəm | çapa göndər

Gülər Sultanzadə: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun alternativsiz lider ölkəsinə və Avrasiyanın aparıcı aktorlarından birinə çevrilib”

“Növbədənkənar Prezident seçkiləri sözün əsil mənasında əlamətdar, tarixi bir hadisə olacaq. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən sonra keçirilən ilk Prezident seçkiləri olmaqla bərabər, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi, eləcə də bu ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionun alternativsiz lider ölkəsinə çevrilib: “Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında qəbul edilib. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin nail olduğu bütün nailiyyət və qələbələr bilavasitə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursu nəticəsində əldə olunmuşdur. Son 20 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq bu inkişafın daim yüksələn dinamika ilə davam etdiyini görərik. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş, ölkəmizdə sabitlik və davamlı inkişafı təmin edilmişdir. Artıq uzun müddətdir ki, regionun alternativsiz lider dövləti kimi çıxış edən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan aktorlardan birinə çevrilib. Dövlət başçımızın uğurla həyata keçirdiyi enerji strategiyası bütün Avrasiyanın enerji xəritəsinin yenidən çəkilməsinə səbəb olub. Avropa İttifaqının bir çox ölkələri ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan bu gün dünyada və Avropada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul olunur.”

Sonda partiya fəalı qeyd edib ki, Azərbaycanın 2003-cü ildən bu günədək imza atdığı önəmli nailiyyətlərin sırasında məhz son üç ildə əldə olunmuş tarixi Qələbələr müstəsna əhəmiyyət kəsb edir: “İlk növbədə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və parlaq Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 30 il davam edən işğalına son qoydu. Bu qələbə nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yarandı və Azərbaycan bu reallıqların müəllifi kimi özünü dünyaya yeni simada təqdim etdi. Növbəti üç il ərzində Azərbaycan artıq heç bir kənar qüvvənin, heç bir xarici dövlətin təsiri altına düşməyəcək bir ölkə olduğunu bütün dünyaya qəbul etdirdi. Bu müddətdə ölkəmiz özünün ərazi bütövlüyünü təmin etdi. Cari ilin 19 sentyabr tarixində keçirdiyi antiterror əməliyyatı nəticəsində isə Azərbaycan Qarabağda separatçılığa birdəfəlik son qoydu və özünün bütün ərazisində tam suverenliyini bərpa etdi. Bütün bu tarixi nailiyyətlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl strategiya nəticəsində mümkün oldu. Dövlət başçısı hələ 2003-cü ildə, ilk dəfə Ölkə Prezidenti seçildiyi vaxt öz xalqına verdiyi bütün vədlərinə tam əməl etdi. Bu gün Azərbaycan dünya dövlətləri birliyində yüksək nüfuza, böyük hörmətə və aparıcı mövqeyə sahib olan bir ölkədir. Bütün bunlar cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında müstəsna xidmətlərinin nəticəsidir. Azərbaycanın bundan sonrakı inkişafı da ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ilə təmin olunacaq. Heç bir şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ən layiqli namizədini təqdim edib və əlbəttə ki, bu seçkilərdə bütün Azərbaycan xalqı da hər zaman olduğu kimi, öz Prezidentinin yanında olacaq” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025