Mobil versiya
On minlərlə uşaq ölə bilər - BMT-dən xəbərdarlıq
Tarix: 21-11-2023 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

On minlərlə uşaq ölə bilər -

"Humanitar vəziyyət sürətlə düzəlməzsə, Qəzzada on minlərlə uşaq həlak ola bilər".

aia.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder Cenevrədə keçirdiyi brifinqdə deyib.

"Əgər humanitar vəziyyət, o cümlədən təmiz içməli suya çıxış tezliklə düzəlməzsə, Qəzzada ölən uşaqların sayının çox kəskin artacağını görəcəyik. Bu, minlərlə, hətta on minlərlə uşağın ölüm-dirim məsələsinə çevrilib".

O, əlavə edib ki, son günlər bölgəyə yağan güclü yağışlar səbəbindən Qəzzada uşaqlar da epidemiya riski altındadır.

Bir gün əvvəl BMT-nin Uşaq Hüquqları Komitəsi Qəzzadakı müharibənin rekord müddətdə və onilliklər ərzində görünməmiş vəhşilik səviyyəsində çoxlu sayda insanın həyatına son qoyduğunu, beş həftə ərzində 4600-dən çox uşağın öldürüldüyünü bildirmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024