Mobil versiya
Azərbaycan millisi FIFA-nın reytinqində 3 pillə gerilədi
Tarix: 04-10-2026 | Saat: 14:47
Bölmə:İdman | çapa göndər

Azərbaycan millisi FIFA-nın reytinqində 3 pillə gerilədi


Azərbaycan milli komandasının Millətlər Liqasının yeni mövsümündəki çıxışı təkcə onun qrup mövqeyinə deyil, həm də dünya reytinqinə təsir göstərib.

Sentyabr-oktyabr ayları arasında 2 oyundan sonra milli komanda 3 pillə geriləyərək FIFA-nın canlı reytinqində 128-ci yerdədir.

Azərbaycanın hazırda 1132.41 reytinq xalı var. Beləliklə, qrupdakı 2 oyun komandaya -5,46 xala başa gəlib. Canlı reytinqdə Azərbaycan Kipr və Malavinin arasındadır.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ilk matçını sentyabrın 27-də keçirdi. Litva ilə səfər matçı 1:1 hesablı heç-heçə ilə başa çatdı və Azərbaycanı -1,10 xal geri saldı.

Üç gün sonra Bakıda Lixtenşteynlə 0:0 hesablı məğlubiyyətə bərabər heç-heçə isə komandaya daha -4,36 xala başa gəldi.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu bu gün Bakıda Litvaya qarşı keçirəcək. (fanat.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2026