Tamam Cəfərova: “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir”
Tarix: 04-10-2026 | Saat: 10:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu– tarixi Zəfərimizin, milli qürurumuzun və Böyük Qayıdışımızın rəmzlərindən biridir. 27 il düşmən işğalında qalan bu qədim Azərbaycan torpağı 2020-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin canı, qanı bahasına azadlığına qovuşdu. Cəbrayılın azad edilməsi Vətən müharibəsinin ilk böyük strateji uğurlarından biri olmaqla yanaşı, düşmənə ağır zərbə vurdu və Böyük Qələbəyə gedən yolun mühüm mərhələsinə çevrildi. Bu gün Cəbrayıl artıq yalnız azad edilmiş rayon deyil, illər sonra doğma torpaqlarına qayıdan insanların, yenidən qurulan şəhər və kəndlərin, dirçələn həyatın ünvanıdır. Heç də təsadüfi deyil ki, “Böyük Qayıdış” məhz Cəbrayıldan başlayıb.
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cəbrayıl Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Beləki, 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
T.Cəfərova qeyd edib ki, 1993-cü ilin avqust ayının 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun 27 il ərzində bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilmişdir. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində dağıdılmış bütün tarixi abidələr yenidən bərpa olunur və bundan sonra da davam edəcək.
Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Bunu cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonun ötən illərdəki səfərlərində əyani şəkildə görə bilərik. Bu səfərlərdə mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri olmuşdur. Həyata keçirilən bərpa-quruculuq işlərində tezliklə Cəbrayıl rayonuna gələcək vətəndaşların rahatlığı üçün bütün məsələlər nəzərə alınır. Beləki, Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Həmin avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2.974 nəfər, Horovlu kəndində 321 ailə, 1.326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2.749 nəfər olmaqla cəmi 1.600 ailə, 7.022 nəfər məskunlaşıb.
Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücünün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işlərdədir. Dünya bütün bu işləri heyranlıqla və müəyyən mənada qısqanclıqla izləyir. Nəzərə alsaq ki, hazırda dünyada çox böyük mürəkkəb və çətin proseslər gedir. Belə bir şəraitdə ölkəmizin suverenliyinin tam bərpa olunmasına nail olması, beynəlxalq miqyasda qazandığı nüfuz və eləcə də işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərinin miqyası böyük bir təəccüb və haqlı bir heyranlıq doğurur. Əlbəttə, qazanılan bütün uğurların arxasında mövcud siyasi iradə, xalqın birliyi və ordunun gücü dayanır. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2026
03-10-2026
21:46 Bakıda DÇ başlayır