Mobil versiya
Leysan olub, qar yağıb - Faktiki hava
Tarix: 04-10-2026 | Saat: 12:24
Bölmə:Ölkə | çapa göndər

Leysan olub, qar yağıb - Faktiki hava


Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

“aia.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv və güclü olub.

Bundan başqa, dağlıq ərazilərə - Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksəkliklərinə isə qar yağıb. Belə ki, qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda 1 sm-dir.

Qeydə alınan yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Maştağada 37 (aylıq normanın 93%-i), Binədə 21 (aylıq normanın 75%-i), Bakıda 16 (aylıq normanın 57%-i), Sumqayıtda 5 mm-dir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı: Kişçayda (Şəki) 55 (aylıq normanın 64%-i), Qəbələdə 51 (aylıq normanın 40%-i), Sarıbaşda (Qax) 45 (aylıq normanın 36%-i), Oğuzda 45 (aylıq normanın 45%-i), Göyçayda 41 (aylıq normanın 76%-i), Astarada 30, Kürdəmirdə 26 (aylıq normanın 56%-i), İsmayıllıda 24 (aylıq normanın 32%-i), Şamaxıda 23 (aylıq normanın 30%-i), Xızıda 22 (aylıq normanın 39%-i), Yardımlıda 20, Lənkəranda 18, Gədəbəydə 17 (aylıq normanın 30%-i), Qobustanda 17 (aylıq normanın 36%-i), Lerikdə 16, Xaltanda 15 (aylıq normanın 31%-i), Sabirabadda 15 (aylıq normanın 36%-i), Göygöl, Qusarda 15, Neftçalada 14 (aylıq normanın 31%-i), Daşkəsəndə 14, Zərdabda 13 (aylıq normanın 34%-i), Mingəçevirdə 12 (aylıq normanın 30%-i), Naftalan, İmişlidə 11, Tərtər, Beyləqanda 10, digər rayonlarda isə 1-9 mm qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2026