Mobil versiya
Ronaldo oğluna görə Portuqaliya millisinə tüpürüb getdi – Yeni detal üzə çıxdı
Tarix: 04-10-2026 | Saat: 13:00
Bölmə:Dünya | çapa göndər

Ronaldo oğluna görə Portuqaliya millisinə tüpürüb getdi – Yeni detal üzə çıxdı


Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsinin səbəbləri ilə bağlı yeni detallar ortaya çıxıb.

aia.az xəbər verir ki, SAPO Desporto-nun məlumatına görə, futbolçunun qərarına təkcə baş məşqçi Jorje Jezuşla yaşanan gərginlik deyil, böyük oğlu Kriştiano Juniorla bağlı məsələ də təsir göstərib.

Portuqaliyanın idman dairələrində Kriştiano Juniorun ölkənin U-16 yığmasına çağırılmamasının Ronaldonu ciddi şəkildə narazı saldığı bildirilir.

“Record” nəşrinin baş redaktor müavini Vitor Pintu da bunu təsdiqləyən açıqlama verib:

“Onun Kriştiano Juniorun milliyə çağırılmamasından məyus olduğu məlumdur”.

Bununla belə, jurnalist vurğulayıb ki, oğlunun U-16 yığmasına dəvət edilməməsi Ronaldonun düşərgəni tərk etməsinin birbaşa səbəbi olmaya bilər. Bu hadisənin baş məşqçi ilə yaranmış gərginlik fonunda əlavə amillərdən birinə çevrildiyi bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2026