Ana Sayfa > Dünya > On minlərlə uşaq ölə bilər -
On minlərlə uşaq ölə bilər -21-11-2023, 18:00. Yazar: sevinc1 |
"Humanitar vəziyyət sürətlə düzəlməzsə, Qəzzada on minlərlə uşaq həlak ola bilər". aia.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder Cenevrədə keçirdiyi brifinqdə deyib. "Əgər humanitar vəziyyət, o cümlədən təmiz içməli suya çıxış tezliklə düzəlməzsə, Qəzzada ölən uşaqların sayının çox kəskin artacağını görəcəyik. Bu, minlərlə, hətta on minlərlə uşağın ölüm-dirim məsələsinə çevrilib". O, əlavə edib ki, son günlər bölgəyə yağan güclü yağışlar səbəbindən Qəzzada uşaqlar da epidemiya riski altındadır. Bir gün əvvəl BMT-nin Uşaq Hüquqları Komitəsi Qəzzadakı müharibənin rekord müddətdə və onilliklər ərzində görünməmiş vəhşilik səviyyəsində çoxlu sayda insanın həyatına son qoyduğunu, beş həftə ərzində 4600-dən çox uşağın öldürüldüyünü bildirmişdi. aia.az Geri dön |