Vətən müharibəsi cəmi44 gün çəkdi
Tarix: 17-10-2023 | Saat: 16:46
Bölmə:Özəl | çapa göndər
27 sentyabr 2020-ci il tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Sonrakı günlərdə Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində mülki əhalinin sıx məskunlaşan yaşayış məntəqələri orta mənzilli raketlər də daxil olmaqla ağır bombardmana məruz qaldı. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Humanitar Hüququn, 1949-cu il Cenevrə Konvensiyaları və onlara daxil edilmiş Əlavə Protokolların, və eləcə də 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin açıq şəkildə pozulmasıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və ‘Vətən Müharibəsi’ olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli atəşkəs müqaviləsi nəticəsində 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. 44 gün davam edən müharibədə ağır artilleriya atəşləri nəticəsində uşaqlar, qadınlar və qocalar daxil olmaqla ümumilikdə 94 mülki şəxs öldürülmüş, 400-dən çox mülki şəxs yaralanmış, eyni zamanda 2908 Azərbaycan əsgəri şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.
AZAD OLUNAN ƏRAZİLƏR
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. 44 günlük savaş Azərbaycan xalqının mətin iradəsini, milli ideya ətrafında sıx birləşmək və sarsılmaz ümumxalq həmrəyliyinə nail olmaq bacarığını, işğala boyun əyməmək əzmini və dünya birliyi tərəfindən göstərilən ədalətsizliyə qarşı barışmazlığını nümayiş etdirdi. Dövlət – xalq – ordu birliyi özünün ən yüksək zirvəsinə çatdı. Azərbaycan – Türkiyə qardaşlığı zamanın daha bir sınağından alnıaçıq çıxmaqla daha da möhkəmləndi və qardaş Türkiyənin bölgədə və dünyada nüfuzu və rolu daha da yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasi rəqabət meydanındakı davamlı qələbələri 44 günlük savaşdakı parlaq hərbi qalibiyyəti ilə zənginləşdi. Azadlıq savaşı İlham Əliyevin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yeyilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, onu bölgənin birmənalı söz sahibinə çevirdi. Bütün bunlar 44 günlük savaşda Azərbaycanın qazandıqlarıdır. Düşmən üzərində qələbəyə çevrilmiş itkilərimiz də oldu. Yüzlərlə əsgərimiz Vətənin azad-lığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban verdi. Onlar bu gün fəxr etdiyimiz və bütün gələcək nəsillərin fəxr edəcəyi qələbə tariximizi öz qanları ilə yazdılar. İkinci Qarabağ müharibəsi şəhidləri döyüş meydanında göstərdikləri fədakarlıq və qəhrəmanlıqları ilə öz adlarını xalqımızın qan yaddaşına qızıl hərflərlə həkk etdilər. Cəbhə bölgələri ətrafında yerləşən Tərtər, Ağdam, Füzuli və Bərdə rayonlarında, eləcə də cəbhə bölgəsindən kifayət qədər uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərində və Yevlax rayonunda dinc sakinlərimiz düşmənin namərd hücumlarına məruz qaldılar. Nəticədə, 94 nəfər mülki vətəndaşımız Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin qurbanı oldular, 404 nəfər yaralandı. Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Orucova Aygün Akif qızı,
Bakı Qızlar Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər