Mobil versiya
Eltun Süleymanov: “ Bu gün yaşadıqlarımız Ulu Öndərin siyasətinə sədaqətin nəticəsidir”
Tarix: 17-10-2023 | Saat: 10:47
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “ Bu gün yaşadıqlarımız Ulu Öndərin siyasətinə sədaqətin nəticəsidir”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə-oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı.
Ötən 20 ildə milli maraqlara və dəyərlərə söykənərək istər xarici, istərsə də daxili siyasətdə öz imzasını yazıb möhürünü vuraraq ölkəmizin inkişafında müstəsna xidmətləri olan, Azərbaycanın dünya miqyasında tanıdılmasında böyük səylər göstərən Cənab Prezidentimiz dövlətimizin güclənməsi, xalqımızın rifahı üçün yorulmadan çalışır. Böyük tarixi naliyyətlər də məhz o gündən başlayır. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki. “Zədələnmiş qürurumuzu bərpa edən, düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunmasında misilsiz xidmətləri olan, öz qətiyyəti, yenilməzliyi ilə dünyanı heyrətə gətirən mahir sərkərdə, hər bir Azərbaycanlının and yerinə çevrilmiş, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin səyləri nəticəsində biz qürurlu xalq olaraq böyük sevinc və zəfərlər içərisindəyik. Bu tarixi anları bizə yaşadan və tarixin qızıl səhifələrini öz əlləri ilə yazan Müzəffər Ali baş Komandan andına, sözünə sədaqətini əməli işi ilə təsdi etdi və bizlərə Zəfər duyğusu, qələbə sevinci yaşadaraq könüllərdə öz taxtını qura bildi. Ata vəsiyyətini yerinə yetirməsindən fəxrlə, qürur və sevinclə söz açan, ən böyük mükafatı da bunu hesab edən Lider bir daha sübut etdi ki, bu xalqın oğlu olmaq, bu xalqa xidmət etmək ən şərəfli bir vəzifədir.
Cənab Prezident Xankəndidəki çıxışında “Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik” deyərək dünənə qədər bizi aşağılamağa çalışan, təhqir edən oyuncaq rejimin təlxək rəhbərlərinin bugünkü aqibətini xatırlatdı: “Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara.”

Eltun Süleymanov qeyd edib ki, tarix və zaman hər şeyi öz yerində və vaxtında bərqərar edir. Bunu da çox yaxşı bilən, nəyi, nə zaman və necə etmək lazım olduğunu gözəl bilən öndərimiz ümummilli lider Heydər Əliyevin 100 illiyi olan 2023-cü ildə doğma xalqına Qələbə sevinci yaşatmaqla böyük şəxsiyyətin əbədi ideyalarına və ideallarına sədaqətini nümayiş etdirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024