Kamaləddin Qafarov: “Ermənilər Füzuli şəhərini yerlə-yeksan etmişdilər...”
Tarix: 17-10-2023 | Saat: 10:08
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər
“1993-cü ilin avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Rayon sakinləri təpədən-dırnağa kimi silahlanmış işğalçı erməni ordusu ilə doğma torpaqlarının müdafiəsi uğrunda apardıqları qeyri-bərabər savaşda acı məğlubiyyətə uğradılar. Füzulinin müdafiəçiləri həmin döyüşlərdə 663 nəfər şəhid verdilər. Daha 400 nəfərədək rayon sakini əlil oldu, 181 nəfər əsir və itkin düşdü. İşğaldan əvvəl tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonu ərazisində həmin dövrdə 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğal dövründə erməni vandalları xalqımıza məxsus olan tarixi-mədəni irsin bütün bu nümunələrini talan edərək dağıdıblar.”
Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, məhz Füzuli işğal dövründə ən çox dağıntılara məruz qalmış rayondur. “ Füzuli şəhəri ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilib. Rayon ərazisində bir dənə salamat kənd, bir dənə salamat bina qalmayıb. İşğal başa çatdıqdan sonra buraya gələn hər bir insan erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Təsadüfi deyil ki, ermənilər öz vəhşiliklərini gizlətmək üçün işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar.”
Deputat qeyd edib ki, Füzuli rayonunun azad olunması Vətən müharibəsinin gedişində əldə olunmuş strateji əhəmiyyətli mühüm qələbələrdən biri idi: “Füzulinin dörd kəndi II Qarabağ savaşının ilk günündə işğalçılardan təmizlənmişdi. 2020-ci ilin sentyabrın 27-də rayonun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri azad olundu. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və daha bir neçə kəndi işğalçılardan azad etdi. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu torpaqlarda öz suverenliyini təmin edib. Ölkə Prezidenti İlham Əliyev bu tarixi hadisəni xüsusi qiymətləndirərək 17 oktyabr gününün Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacağını bildirmişdir. Füzulinin azad olunması ilə Cəbrayıldan və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki bu şəhərin strateji yerləşməsi xüsusilə əlverişlidir.”
Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə mütəmadi etdiyi səfərlərin xüsusi önəm kəsb etdiyini vurğulayan K.Qafarov bildirib ki, dövlət başçımızın hər belə səfəri bir sıra açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur: “Dövlət başçımızın Füzuliyə etdiyi səfərlərin gedişində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, Füzuli rayonunda hava limanının təməlinin qoyulması, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin və Peşə Liseyinin təməlqoyma mərasimləri kimi əhəmiyyətli tədbirlər keçirilib. Əlbəttə ki, bu tədbirlər arasında cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi əhəmiyyət kəsb edir. Açılış mərasimi 2021-ci ilin oktyabr ayının 26-da baş tutdu.”
Deputat belə bir məqamı da vurğulayıb ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan ilk Qələbəsini hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əldə edib: “Füzulinin işğalından cəmi beş ay sonra, 1994-cü ilin 5 yanvar tarixində Ulu Öndər Heydər Əliyevin əmri ilə hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad edilmiş ərazilərdə rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Bu, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın, Azərbaycan Ordusunun ilk böyük qələbəsi idi. 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, bu il aprel ayının 23-də Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini yaratmaqla sərhədlərinə tam nəzarəti təmin etdi və nəhayət, sentyabrın 20-də bütün ölkə öz suverenliyinə qovuşdu” .
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024