Mobil versiya
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu”
Tarix: 16-10-2023 | Saat: 10:34
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu”

Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə cənab İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç vaxt yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə hasil olur. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndində əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahid olduq”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Xankəndinə sancılan bayrağımızı görərkən biz nə qədər sevincliyiksə, xoşbəxtiksə, Heydər Əliyevin, şəhidlərimizin ruhu da bir o qədər şaddır: “Ulu Öndər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü Vətəninə və xalqına həsr etdi, bizim üçün böyük bir dövlət qurdu. Və indi rahatdır ki, işğal edilmiş torpaqlarımız azad edilib, yaratdığı dövlətin suverenliyi bütün ölkə ərazisində təmin olunub. Şəhidlərimiz də məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar. Fəxr edirlər ki, şəhidlərimizin qanı yerdə qalmadı”.
“Dövlətimizin başçısı Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix bizim uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq qoymadan hər bir azərbaycaanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi. Əsl Azərbaycan kişisi olaraq verdiyi hər bir sözə, vədə sahib çıxdı. Bu barədə əvvəllər də danışmışam, yeri gəlmişkən, xatırladım ki, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, cənab İlham Əliyev sözünün üstündə durdu və bu mübariazədən qalib ayrıldı”, - Milli Məclisin deputatı bildirib.
“Prezident İlham Əliyev qurucu, yaradıcı rəhbərdir. Baxanda görürük ki, regionlarımız bu 20 ildə xeyli müsbətə doğru dəyişib, tikinti-quruculuq işləri aparılıb, rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən cənab İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq. Və biz də Azərbaycan həmkarlar ittifaqları olaraq həmişə olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevin ətrafında olacağıq, dövlətimizin və xalqımızın daha parlaq gələcəyi naminə onun müdrik siyasətinə ürəkdən dəstək verəcəyik”, - Səttar Möhbalıyev əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024