Novruzəli Aslanov: “Cənubi Qafqazda sülh və inkişaf yoluna çıxmağın tam zamanıdır”
Tarix: 09-10-2023 | Saat: 16:07
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan və Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. Əlbəttə ki, bu münasibətlər hər iki ölkə xalqlarının rifah yüksəlişinə xidmət etdiyi kimi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq mühitini təmin edən ən mühüm amillərdən biridir. Məhz bu baxımdan da Azərbaycan və Gürcüstan liderlərinin ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirilməsinə yönəlmiş səyləri xüsusi önəm kəsb edir. Eyni zamanda qeyd olunmalıdır ki, ölkələrimiz arasındakı bugünkü əlaqələr Azərbaycan və gürcü xalqlarının tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. Bu il bir çox ölkələrdə olduğu kimi, Gürcüstanda da ilboyu Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi Gürcüstan hökumətinin və gürcü xalqının ölkəmizə və xalqımıza qarşı bəslədikləri ən səmimi münasibətlərdən xəbər verir. O cümlədən Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 8-də Gürcüstana növbəti səfəri də iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlndirilməsinə böyük töhfədir. Səfər çərçivəsində Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq kimi mühüm məsələləri müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu gün bir çox istiqamətlərdə - enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq uğurla həyata keçirilir. Cənab Prezident İlham Əliyev səfər çərçivəsində Tbilisidə mətbuata bəyanatla etdiyi çıxışında bir mühüm məqamı da vurğuladı ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına əvzsiz töhfələr verir. Buna görə də mövcud əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi bütün tərəflərin marağında olan məsələdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Azərbaycan və Gürcüstan arasında perspektivli əməkdaşlıq istiqamətlərindən daha birinin də bərpaolunan enerji sahəsi olduğunu vurğulayan deputat bildirib ki, yeni qlobal layihələrin reallaşması hər iki ölkənin bütün Avrasiya məkanında mövqelərinin möhkəmlənməsinə xidmət edəcək: “Məlumdur ki, məhz energetika Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələrinin əsasını təşkil edən sahədir. Lakin bu gün ölkələrimiz arasında təkcə ənənəvi sahələr üzrə deyil, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlıq getdikcə daha çox dərinləşməkdədir. Dövlət başçımızın da çıxışında qeyd olunduğu kimi, hazırda üzərində məhsuldar iş gedən və yaxın aylarda texniki-iqtisadi əsaslandırmasının hazır olacağı gözlənilən “Yaşıl enerji dəhlizi” layihəsi ölkələrimizi daha sıx birləşdirəcək. Bu layihədə yenə də Azərbaycan və Gürcüstan Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər. 2022-ci ilin dekabrında Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Sözsüz ki, böyük investisiya qoyuluşu tələb edən “Yaşıl enerji dəhlizi” layihəsi bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək və bütün Avrasiya məkanı üçün mühüm önəm kədb edəcək.”
Həmçinin N.Aslanov Ermənistanın özünü regional inkişaf prosesindən hələ də təcrid vəziyyətdə saxlamasını anlaşılmaz bir hal olduğunu vurğulayaraq bunları deyib: “Bu gün faktiki olaraq iqtisadiyyatı çökmüş, müflis durumda olan Ermənistanın Azərbaycanın ona uzatdığı sülh əlini hələ də sıxmaması və bununla da həm Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını əngəlləməsi, həm də özünü mütərəqqi proseslərdən təcrid durumda saxlaması qətiyyən heç bir məntiqə sığmayan mövqedir. Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha Azərbaycanın mövqeyini vurğulayaraq bəyan etdi ki, artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bunun üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Məhz bundan sonra Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Sadəcə olaraq Azərbaycan ərazilərinin bir hissəsinin uzun illər işğal altında olması imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi isə, ölkəmiz artıq həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edib. Bununla da, regional sülhə nail olmağın yolunda artıq faktiki olaraq heç bir maneə qalmayıb. Təqdirəlayiq haldır ki, hazırda bir neçə ölkə və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Lakin möhtərəm dövlət başçımızın dediyi kimi, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli formatda görüşə bilərlər və bu, Cənubi Qafqazda davamlı sülh və inkişaf yolunda atılmış ilk addım ola bilər” – deyə, deputat fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024