Novruzəli Aslanov: “Azərbaycanın kosmik sənaye sahəsində potensialı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”
Tarix: 04-10-2023 | Saat: 09:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan son illər ərzində bir sıra regional və qlobal miqyaslı layihələrin iştirakçısı və təşəbbüskarı olmaqla gələcəyə hesablanmış bir çox planlarını artıq reallığa çevirib. Bununla belə ölkəmizin ən böyük strateji məqsədlərindən biri də kosmosda öz mövcudluğunu təmin etməkdir. Bu istiqamətdə Azərbaycan hökumətinin yeni sənaye sahələrinin tətbiqi üzrə hazırlanmış geniş plan çərçivəsində həyata keçirdiyi strateji layihələrdən biri ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılması olmuşdur. Məlumdur ki, müasir dünyada kosmik texnologiyalar ölkələrin istər sosial-iqtisadi, elmi-texniki problemlərin həlli, istərsə də təhlükəsizliyin təminatı məqsədilə yararlana biləcəkləri ən effektif, əsas alətlərdən biri sayılır. Buna görə də Azərbaycanda bu gün uzaq strategiyaları hədəfləyən kosmik sənayenin inkişafı istiqamətində iş aparılır. 2008-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında etdiyi çıxışında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğuladı və bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün konkret göstərişlər verdi. Həmin ilin noyabr ayının 4-də isə dövlət başçısı “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” haqqında sərəncam imzaladı. Bununla da Azərbaycan üçün yeni, lakin son dərəcə vacib olan daha bir inkişaf istiqaməti müəyyən edildi. Hazırda Yerin orbitində üç peyki olan Azərbaycan artıq on ildən çoxdur ki, beynəlxalq kosmik ailənin üzvüdür və ölkəmizdə kosmik sənayenin inkişafı uğurla davam etdirilir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Bu istiqamətdə fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, növbəti Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizin artıq bu sahədə də getdikcə daha böyük nüfuz qazanmaqda olduğunu göstərən vacib məqamdır: “Cari ilin 2 oktyabr tarixində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu tədbirin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycanda kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə yeni təkan verəcəyini vurğuladı. Həqiqətən də 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının qatıldığı Konqresə ev sahibliyi hüququnun ölkəmizə verilməsi Azərbaycana göstərilən böyük etimadın nümayişi olmaqla yanaşı, həm də respublikamızın bu sahədə potensial imkanlarının yüksək qiymətləndirildiyindən xəbər verir. Yeri gəlmişkən, diqqətəlayiq məqamlardan biri də budur ki, bu Konqres bakıda ilk dəfə deyil ki, keçirilir. Belə ki, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Əlbəttə, bu gün Azərbaycanın kosmik tədqiqatlar sahəsindəki uğurları hələ ki, dünyanın bu sahədə lider ölkələrinin nailiyyətləri ilə müqayisə olunacaq ölçüdə deyil. Lakin dövlət başçımızın dediyi kimi, tarixi qədim olsa da, müstəqilliyinin cəmi 32 yaşı olan Azərbaycan hələ gənc ölkədir və deməli, bizim üçün bütün nailiyyətlər irəlidədir.”
Daha sonra Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq müstəvidə son illər əldə etdiyi uğur və qələbələr barədə Konqres iştirakçılarına təqdim etdiyi açıqlamaların əhəmiyyətini vurğulayan N.Aslanov belə deyib: “Ehtimal etmək olar ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarının bir çoxu ölkəmiz barədə kifayət qədər məlumatlı deyillər. Məhz buna görə də cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamalar Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik etməsi və bu sədrliyə təşkilatın üzvü olan 120 dövlətin yekdil qərarı ilə seçilməsi, Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalaması, eyni zamanda iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olması və bir çox digər mühüm məqamlar dövlətimizin effektiv xarici siyasət gündəliyini nümayiş etdirir, siyasi niyyətlərinin göstəricisi kimi çıxış edir. Üç il əvvəl Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqa, özünümüdafiə hüququna əsaslanaraq 30 il ərzində pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Buna qədər işğala son qoymaq öhdəliyini üzərinə götürmüş və 28 il ərzində mənasız danışıqlar aparan beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadılar. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan özü zorakılıqla üzləşdiyi münaqişəyə son qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bununla Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin, davamlı inkişafın əldə olunması üçün geniş imkanlar verən yeni reallıqlar yaradıb. Möhtərəm Prezidentimizin dediyi kimi, siyasi, iqtisadi və sosial sabitlik inkişafın mühüm meyarıdır və bu amillərin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024