Səttar Möhbalıyev: “Beynəlxalq Astronavtika Konqresinin Bakıda təşkili ölkəmizdə kosmik sahənin inkişafına yeni təkan verəcək”
Tarix: 03-10-2023 | Saat: 11:58
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Azərbaycan artıq xeyli müddətdir dünyada siyasi, iqtisadi və digər mövzularda qlobal tədbirlərin keçirildiyi mərkəz rolunu yerinə yetirir. Ölkəmiz onlarla beynəlxalq sammitə, qlobal xarakterli layihələrin müzakirə olunduğu toplantılara, böyük idman yarışlarına ən ali səviyyədə evsahibliyi etməyi bacarıb. Bu sahədə geniş təcrübə qazanan Azərbaycan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən nümunə göstərilir, təşkilatçılığı yüksək qiymətləndirilir. Təbii ki, belə tədbirlərin harada keçiriləcəyi təsadüfi seçim əsasında aparılmır. Təşkilatçılar tədbirin yeri barədə müzakirələr və təhlillər aparır, həmin ölkənin potensialı və təcrübəsi dəyərləndirilir və yekun qərar verilir. Bu, onu göstərir ki, Azərbaycandakı siyasi sabitlik, bütün sahələri əhatə edən davamlı inkişaf, həmçinin beynəlxalq miqyasda qazanılan nüfuz ölkəmizdə bu cür mötəbər tədbirlərin keçirilməsinə imkan verir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Azərbaycan hazırda daha bir qlobal tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etməklə dünyanın diqqət mərkəzindədir. Tədbirə 100-dən artıq ölkədən 5000-dən çox nümayəndə gəlib. Bu, Konqresin əhəmiyyətini və dünyada bu sahəyə olan marağın miqyasını göstərir. Təbii ki, müxtəlif ölkədən bu qədər qonağın Azərbaycana gəlməsi ölkəmizin dünyada daha yaxından tanınmasına, təbliğinə, turizmin inkişafına şərait yaradacaq. Həmçinin kosmik sahədə yeni-yeni nailiyyətlərin qazanılmasında, müasir texnologiyaların tətbiqində və inkişafında ölkəmiz üçün rolu böyükdür. Mən hesab edirəm ki, tədbirin Bakıda təşkil olunması həm də gənclərimizin kosmik sahəyə marağının artmasına, onların bu istiqamətdə maariflənməsinə hərtərəfli kömək edəcək. Məlumdur ki, Azərbaycan 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır”, - AHİK sədri bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışaraq ölkəmizin qlobala əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı: “Həqiqətən də, bu gün Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğu göz qabağındadır. Çox da uzağa getməyək, ölkəmizin enerji siyasətinə nəzər salaq. Artıq bu siyasət ölkəmizin sərhədlərini aşaraq Avropanın içərilərinə qədər irəliləyib və əhəmiyyətli bir missiyanı icra edir. Tədbirdə Prezidentimizin son 20 ildə iqtisadi göstəricilərlə bağlı səsləndirdiyi rəqəmlər isə bir daha sübut etdi ki, Azərbaycan davamlı inkişaf yolu tutub və daim irəli gedir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024