Mobil versiya
Gülər Sultanzadə: “Zəngilan mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə öz dirçəlişini dünyaya göstərdi”
Tarix: 03-10-2023 | Saat: 10:11
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Zəngilan mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə öz dirçəlişini dünyaya göstərdi”

“Sentyabrın 29-da Zəngilanda keçirilmiş 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi bir daha əyanı şəkildə təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən şəhər və kəndlərimiz bu gün artıq sürətlə yenidən dirçəlir, onlara həyat qayıdır və artıq bu şəhərlərimiz də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edirlər. Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonağın və ümumilikdə 400 iştirakçının olması bu tədbirin əhəmiyyətini göstərir. Bütün Qarabağ və Şərqi Zəngəzur kimi yenidən qurulan Zəngilan öz qonaqlarını yeni inşa edilmiş Konqres Mərkəzində qəbul edib. Qeyd etmək lazımdır ki, azad olunmuş ərazilərdən məhz Zəngilana ilk olaraq keçmiş məcburi köçkünlər evlərinə, dədə-baba yurdlarına qayıdıblar. Böyük Qayıdış proqramının icrası prosesi bir daha göstərir ki, Azərbaycan xalqı öz köklərinə, yurd-yuvalarına möhkəm tellərlə bağlıdır. Ermənistan 30 il ərzində bu insanları doğma torpaqlarına qayıtmaq imkanından məhrum etmişdi. Lakin üç il bundan əvvəl Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu ədalətsizliyə son qoydu.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyasınln fəal üzvü Gülər Sultanzadə deyib.

Daha sonra partiya fəalı Şərqi Zəngəzurun yol infrastrukturunun şaxələndirilməsinin bölgənin ümumi inkişafı üçün vacib amil olduğunu vurğulayaraq bunları deyib: “Forumun Açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi olaraq etdi ki, Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməklə strateji əhəmiyyətli nəqliyyat qovşağıdır. Hazırda bu potensialın reallaşdırılması məqsədilə bölgənin yol infrastrukturu surətlə şaxələndirilir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Həmçinin bölgədə sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. Təsəvvür etmək belə çətin olsa da, işğal dövründə həmin dəmir yolları da erməni talançıları tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası sürətlə davam etdirilir və tezliklə beynəlxalq nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Məlum olduğu kimi, bu layihə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və oradan da həmin dəmir yolu İran və Türkiyəyə keçərək, Avropaya çatacaq. Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu amil gələcəkdə Zəngilanda xarici turistlərin də sayının artmasını təmin edəcək. Çünki füsunkar təbiəti, meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan Azərbaycanın ən gözəl guşələrindəndir.”

Öz fikirlərini davam etdirən müsahibimiz həmçinin qeyd edib ki, əgər səlahiyyətli beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti 30 il ərzində Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün pozulmasına biganə qalmasaydılar bu münaqişə daha əvvəl və qan tökülmədən öz həllini tapa bilərdi: “Əlbəttə ki, dövlət başçımızın çıxışında yer alan ən mühüm məqamlardan biri işğal dövründə beynəlxalq təşkilatların, dünya liderliyi iddiasında olan ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqelərdən çıxış etmələri, xalqımızın başına gətirilən faciələrə biganə qalmaları ilə bağlı olmuşdur. Əgər belə olmasaydı Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini çoxdan tapa bilərdi. Lakin bu baş vermədi. Daha doğrusu Cənubi Qafqazda öz maraqları olan qüvvələr buna imkan vermədilər. Məhz davamlı olaraq Azərbaycana təsir rıçaqlarına sahib olmaq istəyi keçmiş Minsk qrupunun həmsədrlərini bu münaqişənin dondurulması istiqamətində, xalqımıza işğal faktını qəbul etdirmək və bununla barışdırmaq istiqamətində fəaliyyət göstərməyə vadar etdi. BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsi illər boyu icra olunmadı. Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozur, Zəngilanda, Laçında, Kəlbəcərdə, Şuşada Yaxın Şərqdən və digər ölkələrdən erməni diasporu tərəfindən dəvət edilmiş minlərlə qeyri-qanuni sakin məskunlaşdırırdı. Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etmədi. Ermənilər artıq özlərini bu torpaqlarının sahibləri hesab edirdilər. Vəziyyət elə bir həddə çatmışdı ki, Ermənistanın baş naziri 2019-cu ildə Xankəndidə tribunadan “Qarabağ Ermənistandır və nöqtə”, deyərək bəyanat səsləndirmişdi. Hələ bu da azmış kimi, Ermənistanın müdafiə naziri bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazır olduqlarını bəyan edərək, Azərbaycanı yeni işğalla hədələmişdi. Təbii ki, bütün bunlar onsuz da heç bir nəticəsi olmayan danışıqlar prosesinin davam etdirilməsini tamamilə mənasız etdi. Məhz bundan sonra Azərbaycan 28 il ərzində bərpa olunmasını gözlədiyi ədaləti özü, həm də cəmi 44 günə bərpa etdi. Bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün yenə də şans var idi. Lakin rəsmi İrəvan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərir. Bu əlbəttə ki, Ermənistanın ölkəmizə qarşı yeni ərazi iddialarından başqa bir şey deyildi. Sentyabrın 9-da isə qondarma “Dağlıq Qarabağ rejimi”nin “prezidenti” seçildi və o da öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Təbii ki, Azərbaycan bütün bunlara reaksiya verməli idi. Sentyabrın 19-da başlanan antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi və 20 sentyabrda Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bununla belə, Azərbaycan yenə də beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirərək Qarabağın erməni əhalisinin bütün hüquqlarının dövlətimiz tərəfindən təmin ediləcəyini bəyan etdi. Bölgənin Azərbaycan vətəndaşları olan erməni sakinləri də yaradılan şəraitdən hamı kimi yararlana biləcəklər. Əslində bu insanlar üçün indiyədək xəyal belə etmədikləri imkanlar açılır. Möhtərəm cənab Prezident öz çıxışında bir daha bəyan etdi ki, Qarabağın erməni əhalisinin dini, təhsil, mədəni, bələdiyyə və bütün digər hüquqları beynəlxalq konvensiyalara uyğun olaraq təmin ediləcək”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025