Eltun Süleymanov: "Azərbaycan və Latviya arasında əməkdaşlıqda yeni dinamika və praqmatik tərəfdaşlıq xətti"
Tarix: 23-04-2026 | Saat: 11:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aprelin 22-də Bakıda səslənən bəyanatlar Azərbaycan ilə Latviya arasında münasibətlərin yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin çıxışları fonunda aydın olur ki, tərəflər yalnız mövcud əməkdaşlığı qorumaq deyil, onu daha da genişləndirmək niyyətindədir. Xüsusilə cənab Prezident İlham Əliyevin bəyanatı bu münasibətlərin mahiyyətini, prioritetlərini və gələcək istiqamətlərini dolğun şəkildə əks etdirir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, dövlət başçısı çıxışına səmimi və diplomatik ənənələrə uyğun müraciətlə başlayaraq səfərin əhəmiyyətini xüsusi vurğuladı. Onun sözləri ilə, bu səfər qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək” fikri isə əslində, tərəflərin strateji baxışının əsas xəttini ifadə edir. Bu yanaşma göstərir ki, münasibətlər artıq epizodik deyil, sistemli və məqsədyönlü inkişaf trayektoriyasına malikdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı mühüm məqamlardan biri də institusional əməkdaşlıq mexanizmlərinin effektiv işləməsidir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti bu baxımdan xüsusi rol oynayır. Şuşada keçirilmiş son iclasın qeyd olunması isə əməkdaşlığın coğrafiyasının genişləndiyini və azad edilmiş ərazilərin də beynəlxalq iqtisadi əlaqələrə inteqrasiya olunduğunu göstərir. Bu, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm elementidir. İqtisadi münasibətlər kontekstində cənab Prezidentin bəyanatı açıq mesajlar ehtiva edir. Qarşılıqlı sərmayələrin təşviqi, biznes mühitinin genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi əsas prioritetlər kimi təqdim olunur. Dövlət başçısının “hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun” fikri isə iqtisadi əməkdaşlığın daha şəffaf və koordinasiyalı şəkildə qurulmasının vacibliyini ortaya qoyur. Bu, müasir iqtisadi münasibətlərdə mühüm faktor sayılan məlumat əlçatanlığının rolunu ön plana çıxarır.
Bu baxımdan keçirilən biznes forum xüsusi ilə diqqətə layiqdir. Forum təkcə rəsmi görüşlərin davamı deyil, real iqtisadi əməkdaşlıq üçün platforma rolunu oynayır. Hər iki ölkədən geniş iş adamları heyətinin iştirakı göstərir ki, tərəflər iqtisadi əlaqələri konkret layihələr və müqavilələr səviyyəsinə çatdırmaq niyyətindədir. Cənab Prezident İlham Əliyevin forumla bağlı nikbin mövqeyi – onun praktik nəticələr verəcəyinə dair gözləntilər – iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçəcəyinə işarə edir. Xüsusilə ticarət dövriyyəsinin artırılması məsələsinin açıq şəkildə qeyd olunması mövcud potensialın hələ tam istifadə olunmadığını göstərir. Nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq perspektivləri də diqqət çəkən istiqamətlərdəndir. Birbaşa uçuşların təşkili məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil. Bu, həm biznes əlaqələrinin intensivləşməsi, həm də turizm və humanitar əlaqələrin genişlənməsi üçün mühüm vasitədir. Qlobal çağırışlar fonunda Azərbaycanın aviasiya sektorunda sabitliyinin qeyd olunması isə ölkənin regional nəqliyyat mərkəzi kimi rolunu bir daha önə çıxarır. Humanitar əlaqələr kontekstində təhsil sahəsi xüsusi yer tutur. Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı iki ölkə arasında münasibətlərin sosial dayaqlarının möhkəmləndiyini göstərir. Bu, gələcəkdə formalaşacaq yeni nəsil mütəxəssislərin iki ölkə arasında körpü rolunu oynayacağı anlamına gəlir. Belə əlaqələr siyasi və iqtisadi münasibətlərdən daha uzunömürlü və davamlı təsir gücünə malik olur.
Cənab Prezident İlham Əliyevin bəyanatında regional məsələlərə toxunulması isə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini bir daha ortaya qoyur. Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika və “de-fakto sülh” vəziyyətinin qeyd olunması regionda sabitliyin təmin olunması istiqamətində atılan addımların nəticəsi kimi təqdim edilir. Dövlət başçısının “siyasi iradə və siyasi müdriklik hadisələri təyin edir” fikri bu prosesin fəlsəfi və siyasi mahiyyətini açır. Bu yanaşma göstərir ki, Azərbaycan regionda uzunmüddətli sülh və əməkdaşlıq modelini təşviq edir. Eyni zamanda, Baltik və Cənubi Qafqaz regionları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi daha geniş geosiyasi baxışın göstəricisidir. Bu, Azərbaycan və Latviyanın yalnız ikitərəfli deyil, həm də beynəlxalq platformalarda birgə fəaliyyət imkanlarını genişləndirmək niyyətində olduğunu göstərir.
Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Latviya münasibətlərinin məzmun etibarilə zənginləşdiyini və yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və regional təhlükəsizlik məsələləri üzrə formalaşan bu çoxşaxəli tərəfdaşlıq modeli yaxın perspektivdə daha konkret nəticələrlə müşayiət olunacaq. Bakıda keçirilən görüşlər və biznes forum isə bu prosesin başlanğıc nöqtəsi kimi çıxış edir və göstərir ki, tərəflər niyyətlərini real addımlarla möhkəmləndirmək əzmindədir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-04-2026
10:33 Xəzərdə zəlzələ oldu