Mobil versiya
Kür yenə daşdı: sakinlər təxliyə olunur
Tarix: 23-04-2026 | Saat: 13:30
Bölmə:Karusel / Ölkə | çapa göndər

Kür yenə daşdı:

Zərdabda artıq subasma halları qeydə alınıb. Artıq 2 ailə köçürülüb.

aia.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bəzi yerlərdə suyun səviyyəsi 2 metrdən çoxdur. Çayın mühafizə zolağında yerləşən əkin sahələri və bağlar su altındadır:

"Bəzi sakinlər təhlükəsizlik məqsədi ilə təxliyə olunaraq qohumlarının evlərinə yerləşdiriliblər. Suyun səviyyəsi günü-gündən artır. Kür kənarında 31 ailə yaşayır. Hazırda vəziyyət nəzarətdə saxlanılır".

Yağışlar davam edəcəyi tədqirdə suyun səviyyəsində yenidən artım olacağı istisna edilmir.

Məsələ ilə bağlı Rayon Fövqaladə Hallar Komissiyasından bildirilib ki, mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da hazırkı vəziyyət təhlükəli hesab edilmir.

Sabirabad rayonunda Kürün keçdiyi bəzi ərazilərdə də suyun səviyyəsi artıb. Bəzi körpülər su altında qaldığından avtomobillərin hərəkəti dayandırılıb. Sakinlərin sözlərinə görə, dünəndən bugünə suyun səviyyəsi 50 sm artıb./Milli.Az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026