Mobil versiya
Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirəcək
Tarix: 23-04-2026 | Saat: 12:13
Bölmə:Gündəm | çapa göndər

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, Qobustan və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı aprelin 25-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 26-da 08:00-da Göyçay Olimpiya İdman Kompleksində keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026