Adəm İsmayıl Bakuvi: “Latviya Prezidentinin Azərbaycana reallaşan rəsmi səfəri ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bağlarının möhkəmliyini göstərdi”
Tarix: 23-04-2026 | Saat: 11:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın xarici siyasətinin möhtəşəm uğurları, dövlət maraqlarımızın ən ali səviyyədə qorunması və beynəlxalq müstəvidə qazanılan sarsılmaz nüfuz birbaşa cənab Prezident İlham Əliyevin titanik fəaliyyətinin və uzaqgörən diplomatik strategiyasının bəhrəsidir. Bu gün Azərbaycan, dünyada sözü imzası qədər dəyərli olan, regional sülhün və qlobal enerji təhlükəsizliyinin əsas memarı kimi tanınan bir gücdür. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də ölkəmizə reallaşan rəsmi səfəri bu uğurlu xarici siyasət kursunun parlaq bir səhifəsi, Bakı ilə Riqa arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bağlarının nə qədər dərin olduğunun növbəti sübutudur.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Partiya sədri fikirlərini davam etdirərək bildirib ki, dövlət başçılarının birgə bəyanatlarında səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə qurulduğunu nümayiş etdirdi: “Möhtərəm Prezidentimiz bu görüşün tarixi əhəmiyyətini və ölkələrimiz arasındakı münasibətlərin gələcək perspektivlərini yüksək qiymətləndirərək bəyan etdi: “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”. Dövlət başçısı vurğuladı ki, aparılan danışıqlar həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə olduqca geniş və məhsuldar keçmişdir: “Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var”. Bu münasibətlərin təməlinin hələ illər öncə qoyulduğunu xatırladan liderimiz qeyd etdi ki, “Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın dirçəlişi fonunda bu səfərin rəmzi mənası da olduqca böyükdür. Prezident İlham Əliyev bu məqamı xüsusi diqqətə çatdırdı: “Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda - Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik. Çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi”. İqtisadi əməkdaşlıqdan bəhs edərkən dövlət başçısı biznes-forumun əhəmiyyətini və ticarət dövriyyəsinin artırılması zərurətini önə çəkərək bildirdi: “Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək”. Sərmayə imkanları barədə isə qətiyyətlə qeyd etdi: “Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır”. Nəqliyyat və logistika məsələlərində Azərbaycanın yaratdığı imkanlar da diqqət mərkəzində idi: “Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir”. Humanitar sahədəki əlaqələrə toxunan Prezident bildirdi ki, “Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur”. Regional təhlükəsizlik və sülh quruculuğu məsələsində Azərbaycanın nümayiş etdirdiyi qlobal liderlik dövlət başçımızın bu sözlərində öz tam ifadəsini tapdı: “Mən cənab Prezidentlə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var”. O, bu prosesin müsbət nəticələrini belə şərh etdi: “Sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi... Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz”. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu qüdrətli siyasət, Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə təmin edir. Məhz bu siyasət, xalqımızın firavanlığının və dövlətimizin əbədi suverenliyinin ən böyük təminatıdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər