Mobil versiya
“AzerGold” QSC peşə təhsili üzrə növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir
Tarix: 29-09-2023 | Saat: 18:10
Bölmə:İqtisadiyyat | çapa göndər

“AzerGold” QSC peşə təhsili üzrə növbəti “Təqaüd proqramı”  müsabiqəsini elan edir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün növbəti “Təqaüd proqramı” layihəsinin icrasına başlanılır.
Dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək vermək məqsədilə təsis edilən təqaüd Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında keçiriləcək müsabiqənin nəticələri əsasında təqdim olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzlərinə qəbul olunan və 2023-2024-cü tədris ili üzrə “Torna və frezer dəzgahlarının operatoru”, “Çilingər-santexnik”, “Dağ-mədən işləri üzrə mütəxəssis”, “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər” ixtisasları üzrə təhsil alacaq tələbələr iştirak edəcəklər.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərən 10 namizəd qalib qismində elan olunacaq. Müsabiqəni uğurla keçmiş tələbələr müvafiq təltifnamə və hər tələbə üçün 9 ay müddətində olmaqla hər ay 200 AZN olmaqla təsis edilmiş təqaüd əldə edəcəklər. Bununla, tələbələr “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq fürsəti qazanacaqlar.
Xatırladaq ki, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün “Təqaüd proqramı” layihəsi 2021-ci ildən təşkil edilir. Daha öncə peşə təhsili üzrə keçirilən 2 təqaüd layihəsində qalib olan ümumilikdə 27 nəfər tələbədən 4 nəfəri “AzerGold” QSC-də işlə təmin edilib.
Qeyd edək ki, “AzerGold” QSC və PTDA arasında əməkdaşlığın əsasını 19 may 2020-ci il tarixində qurumlar arasında metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024