Mobil versiya
Türkiyə MN: “Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir"
Tarix: 21-09-2023 | Saat: 14:16
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə MN:

"Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir".

aia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.

Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025