Mobil versiya
Azərbaycan Tacikistan əlaqələri- Əməkdaşlıgın yeni formatı
Tarix: 18-09-2023 | Saat: 23:38
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Tacikistan əlaqələri-  Əməkdaşlıgın  yeni formatı

Cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış edib.
Ölkə başçısı çıxışı zamanı bir sıra vacib məsələlərə toxunub.
Prezident qeyd edib ki, cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq edib. Sözsüz ki, bu səfərlər zamanı
imzalanan sənədlər ölkələr arasında əməkdaşlığı şaxələndirir.
Həmçinin o da vurğulanıb ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Bildirilib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır.
Çıxış zamanı dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi məsələsinə də toxunub. Qeyd olunub ki, ticatət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Həmçinin birgə sərmayə fondları yaradılıb ki, bu da növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılmasını təşviq edib. 
Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.



Varaşil Məmmədov
Laçın rayon ziyalısı,
Əməkdar müəllim



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024