Mobil versiya
Zaxarovadan Ağdam marşrutuna REAKSİYA
Tarix: 05-09-2023 | Saat: 16:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Zaxarovadan  Ağdam marşrutuna

“Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”.

aia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya məsələni siyasiləşdirməyin əleyhinədir:

“Ermənistan hakimiyyətinin ritorikası təkcə məsuliyyəti başqalarının üzərinə atmaq deyil, həm də məsələnin həllini çətinləşdirmək məqsədi daşıyır. Rusiyaya qarşı ittihamlar yolverilməzdir. Ölkəni təmsil edən insanlar öz bəyanatlarında daha məsuliyyətli olmalıdırlar”.

M. Zaxarova qeyd edib ki, Moskva üçtərəfli razılaşmalar çərçivəsində hərəkət edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025