Mobil versiya
Qarabağda yaşayan ermənilər Laçın SBM-dən sərbəst keçidi davam edir
Tarix: 05-09-2023 | Saat: 13:31
Bölmə:Gündəm | çapa göndər

Qarabağda yaşayan ermənilər Laçın SBM-dən sərbəst keçidi davam edir

Qarabağda yaşayan erməni sakinlərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

aia.az xəbər verir ki, sentyabrın 5-də Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə ümumilikdə 29 nəfərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Xankəndi-Gorus istiqamətində hərəkəti təmin olunub.

Onlardan 4 nəfər BQXK-nın əməkdaşı, 9 nəfər sürücü, 9 nəfər xəstə, 6 nəfər müşayiətçi, 1 nəfər isə tibb işçisi olub.

Bu, bir daha göstərir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır. Laçın sərhəd-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025