Mobil versiya
Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyuldu
Tarix: 05-09-2023 | Saat: 11:25
Bölmə:Manşet / Gündəm | çapa göndər

Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub.

aia.az xəbər verir ki, bu barədə onun qardaşı Qalib Toğrul sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025